Hər qidanın öz saatı var – Əti, yumurtanı,


Digərləri 19 Mar 2019 22:05:00 204 0

Hər qidanın öz saatı var – Əti, yumurtanı,

Düzgün qidalanma gün ərzində yeyəcəyiniz ərzaqları həzm olma prinsipinə görə düzgün vaxtlarda bölüşdürmək deməkdir. Səhərin qidası ayrı, axşamən yeməyi ayrıdır. Son.az medicina.az-a istinadən hər ərzağın uyğun saatını təqdim edir.

Qəhvə

Filmlərdəki kimi bir fincan qəhvə ilə günə başlamaq filmlərdə gözəl görünə bilər, real həyatda isə sizə mədə yanğısı, qastrit, bağırsaq qıcıqlanmasından başqa bir şey verməyəcək. Qəhvə axşamüstü və axşam, yuxudan 2-3 saat əvvəl içilə bilər. Bu günboyu yığılmış neqativi aradan qaldırıb, əhvalı düzəldəcək.

Yağlı ət

İstər quzu, qoyun, dana, donuz əti olsun, bunların həzmi üçün 4-5 saat lazımdır. Proteinlə zəngin qidalar günorta yeyilməlidir. Bu sizin iş gücünüzü də artırar. Axşam ət yemək yuxunu pozur.

Sıyıqlar

Bütün sıyıqlar, xüsusən yarma sıyıqları səhər yeyilməlidir. O, mədənin selikli qişasını örtür, müdafiə edir, turşuluqdan qoruyur. Həmçinin orqanizmi faydalı elementlərlə təmin edir.

Yumurta

Gün ərzində toxluq hissi yaradır, deməli, səhərlər, ən geci günaşırı saat 11-12də yeyilə bilər. Amma yaxşı olar ki, suda bişmiş yumurta yeyəsiz.