"Qurbanın olum! Mən gül yeməyi sevirəm"


Digərləri 19 Mar 2019 21:40:00 225 0

"Qurbanın olum! Mən gül yeməyi sevirəm"

İmam Cavad (ə) hələ yeddi yaşı olan zaman imamət kürsüsünə əyləşməyə məcbur olur. Bəziləri onun yaşının kiçik olmasına görə vilayətini qəbul etməkdə çətinlik çəkirdilər. Ona görə də İmam Cavad (ə) gərək öz kəramətlərini nişan verəydi ki, belə insanların qəlbi aram olardı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əbu Haşim nəql edir: "İmam Cavadın (ə) hüzuruna gəlmişdim və üç məktub gətirmişdim ki, heç birində kimdən olduğu yazılmamışdı. İmam (ə) məktublardan birini məndən aldı və buyurdu: "Bu məktub Riyan ibni Şəbibdəndir".

Sonra ikinci məktubu aldı və buyurdu: "Bu məktub isə Muhəmməd ibni Həmzədəndir".

Üçüncü məktubun da kimdən olduğunu söylədi.

Mən təəccüb içində idim və İmam (ə) mənə baxdı və gülümsədi.

İmam (ə) mənə içərisində 300 dinar olan pul kisəsi vermişdi. Məndən istəmişdir ki, onu əmi uşaqlarından birinə çatdıram. O, mənə buyurmuşdu ki, əmim oğlu sənə deyəcəkdir: "Mənə bir taciri tanıt ki, bu pulla mal ala bilim".

Mən İmamın (ə) buyurduğu kimi, pul kisəsini onun yanına apardım və o, mənə dedi: "Ey Əbu Haşim! Mənə bir nəfər tacir tanıt ki, bu pulla mal ala bilim".

Mən də onun dediyi kimi etdim".