Beyindən qanı oğurlayan damar sindromu


Digərləri 19 Mar 2019 21:25:00 247 0

Beyindən qanı oğurlayan damar sindromu

Bakıda növbəti uğurlu beyin-damar əməliyyatı icra olunub.

Son.az medicina.az-a istinadən bildirir ki, başgicəllənmə, göz qaralması, sol qolunda keyləşmə və sol qol təzyiqinin çox zəif olması səbəbi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən xəstənin müayinəsi zamanı sol qol və beyinciyi qidalandıran arteriyada 90% darlıq aşkarlanıb.   Eləcə də beyincik arteriyasının tərs axın ilə beyindən qanı oğurlayaraq (oğurlama sindromu) qolun qidalanmasına yardımçı olduğu müşahidə edilib. Bu səbəbdən beyin qan dövranının pozulması ilə artan şikayətlər meydana çıxıb.

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, Prof. Ahmet MEMİŞ tərəfindən bud arteriyasından 2 mm-lik dəliklə icra edilən endovaskulyar əməliyyat zamanı daralmış arteriyaya stent+angioplastika ilə 100% damar açıqlığı təmin edilib, qola və beyinciyə gedən qan axını bərpa olunub.