İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir


Digərləri 19 Mar 2019 20:24:00 245 0

İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir

Bu gün ölkədə xalq arasında "İlaxır çərşənbə", "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanan sonuncu çərşənbə bayramı qeyd edilir. Bu bayramın özəlliyi həm də rəngarəgliyindədir.

Son.az xəbər verir ki, Axar.az baharın gəlişinin müjdəçisi olan və torpağın oyandığı günün simvolu hesab edilən İlaxır çərşənbə ilə bağlı ənənələrin bir qismini təqdim edir:

Lənkəranda İlaxır çərşənbənin səhəri gənclər, nişanlılar Lənkərançaya gedirlər, bardaqlara su doldururr, arzu tuturlar. Bu mərasim zamanı gənc oğlanlar özlərinə qız bəyənir, çoxu isə bəxtinin açılması üçün dualar edir.

Şərur rayonunda İlaxır çərşənbənin gəlməsinə ən azı bir ay qalmış hazırlıq işləri başlayır. Evlər, həyət-baca təmizlənir, paltar-palaz yuyulur. Hamı bayrama təzə paltar geyinməyə cəhd edir.