BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edilib (FOTO)


Digərləri 19 Mar 2019 19:42:57 278 0

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edilib (FOTO)

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub.

Bakı. Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub. BDU-dan Trend-ə verilən məlumata görə, tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən aparılır. BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Bakı Koreya dili Natiqlik, Yaradıcılıq müsabiqəsi, Koreya pop musiqi festivalı keçirilib, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində Kral Sejonq İnstitutu fəaliyyətə başlayıb, tələbələrin Koreyanın ölkəmizdəki səfirliyində təlim-təcrübə kurslarına iştirakları təmin edilib. Universitetin rektoru Elçin Babayev Koreyaşünaslıq ixtisasında təhsil alan və Koreyanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb. Çay süfrəsi arxasında tələbələrlə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və təlim proqramı haqqında məlumat verilib. Məlum olub ki, təlim proqramı tələbələrlə müzakirə şəklində təşkil edilib və müxtəlif sahələr üzrə aidiyyəti diplomatlar tərəfindən aparılıb. Təlimdə Koreya-Azərbaycan diplomatik, siyasi və iqtisadi əlaqələri, Koreya mədəniyyəti, Koreyada təhsil və təlim proqramları haqqında müzakirələr aparılıb.