Azərbaycan Universiteti “DOST xonçası” kampaniyasına qoşulub


Digərləri 19 Mar 2019 18:29:09 177 0

Azərbaycan Universiteti “DOST xonçası” kampaniyasına qoşulub

Azərbaycan Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

Bakı. Azərbaycan Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub. Nazirlikdən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində universitetin əməkdaşları Bakının Bilgəh kəndində tənha yaşayan 83 yaşlı Ağakərim Babayevin qonağı olub, “DOST xonçası”nı təqdim ediblər. Ağakərim Babayevi Azərbaycan Universitetinin kollektivi adından təbrik edən universitet əməkdaşları onunla həmsöhbət olublar.