25ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi


Digərləri 19 Mar 2019 17:39:00 248 0

25ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi

15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2019 sərgisi keçiriləcək.

Müstəqil Azərbaycanda qida sənayesinin inkişaf təməlində dayanan bu sərgi sənayenin yeni təmayülləri ilə ayaqlaşmaqla yanaşı, bu sahənin regionda aparıcı qüvvəsinə çevrilib. Sərgi uğurla həyata keçirildiyi 25 il ərzində dünyanın 40-dan artıq müxtəlif ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Bu gün WorldFood Azerbaijan sərgisi Azərbaycanda bu qəbildən olan yeganə tədbirdir və qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib. WorldFood Azerbaijan sərgisi məhsul və avadanlıqların nümayiş olunması, habelə xidmətlərin təqdim edilməsi üçün səmərəli vasitə olmaqla yanaşı, ölkələr arasında yeni biznesə və iqtisadi ticarət əlaqələrinin inkişafına start verən platformadır.

WorldFood Azerbaijan 2019 sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən, aşağıdakı sahələrdə özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı planlaşdırılır: qənnadı məmulatları, süd məmulatları, ət və quş əti məmulatları, şirələr, çay və qəhvə məhsulları, tütün, eləcə də meyvə-tərəvəz üçün avadanlıqlar, metal konstruksiyalar, nişanlama avadanlıqları və s. Builki sərginin debütantı  - UAB Fleur Alpine şirkəti sərgidə uşaq qidalarını təqdim edəcək. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qrupları isə tədbirdə milli stendlərlə çıxış edirlər.

Bu il təşkilatçılar tərəfindən işgüzar proqram, eləcə də sərginin yubileyinə həsr olunmuş əlavə tədbirlərin keçirilməsi planlaşdırılır.