Rəqəmsal bankçılıq sahəsində RABİTƏBANK-dan ölkədə ilk


Digərləri 19 Mar 2019 15:09:16 183 0

Rəqəmsal bankçılıq sahəsində RABİTƏBANK-dan ölkədə ilk

Rabitəbank ölkənin rəqəmsal bankçılıq sahəsində, ilk dəfə “BOT” üzərindən kommunal və mobil ödənişləri etmək imkanı təqdim edir.

Bakı. Rabitəbank ölkənin rəqəmsal bankçılıq sahəsində, ilk dəfə “BOT” üzərindən kommunal və mobil ödənişləri etmək imkanı təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, innovativ həllər təklif edən və rəqəmsal imkanlarını genişləndirən Rabitəbank, daha bir məhsulu ilə, ilkə imza atır. Artıq, dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqləri Telegram və Facebook Messenger üzərindən “Rabitəbot” vasitəsi ilə, kommunal ödənişlər və mobil ödənişlər həyata keçirmək mümkündür! Bot vasitəsi ilə, siz zamanınıza qənaət edərək gözləmədən ödəmələrinizi rahatlıqla edə biləcəksiniz. İstifadəçilər, Azərişıq, Azəristilik, Azərsu, Azəriqaz və ölkənin üç mobil operatorlarının ödənişini rahatlıqla həyata keçirə biləcəklər.