“Azərenerjİ” və “Azərİşıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər


Digərləri 19 Mar 2019 14:46:00 212 0

“Azərenerjİ” və “Azərİşıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər

“Azərenerjİ” ASC və “Azərİşıq” ASC əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar

Bakı. Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. “Azərİşıq” ASC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.