AZALın İstanbul istiqamətində bütün reysləri yeni hava limanına həyata keçiriləcək


Digərləri 19 Mar 2019 14:33:00 237 0

AZALın İstanbul istiqamətində bütün reysləri yeni hava limanına həyata keçiriləcək

"Atatürk" hava limanının bağlanması ilə əlaqədar olaraq 7 aprel 2019-cu il tarixdən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək. 

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək. 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.