500 ailə evsiz qalıb


Dünya 19 Mar 2019 13:06:00 324 0

500 ailə evsiz qalıb

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.

M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib.

Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.

M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.