Bank kreditlərinin faiz dərəcələri ilə bağlı


Digərləri 19 Mar 2019 12:57:00 204 0

Bank kreditlərinin faiz dərəcələri ilə bağlı

Bankların müştərilərinə verdiyi kreditlər üçün faiz dərəcələri və komisyon haqların yuxarı həddi dövlət orqanı tərəfindən müəyyən ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Banklar haqqında" qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən əlavəyə görə, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.