Ən ucuz Novruz bazarlığını harda etmək olar?


Digərləri 19 Mar 2019 12:35:00 696 0

Ən ucuz Novruz bazarlığını harda etmək olar?

Artıq Novruz bayramına sayılı günlər qalıb

.

Son.az publika.az-a istinadla xəbər verir ki, bayramla əlaqədar olaraq paytaxt sakinlərini ucuz kənd təssərrüfatı məhsulları ilə təmin edilməsi üçün yarmarkalar təşkil edilib.

Əhalinin bayram bazarlığı etmək üçün bir neçə seçim imkanı var. Market və bazarlarda qiymətlərdən narazı olanlar yarmarkalara üz tuta bilər. Çünki yarmarkaların təşkil edilməsində məqsəd əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, süni qiymət artımının qarşısını almaq və istehlakçıların seçim imkanı yaratmaqdır.

Bəs, həqiqətən, yarmarkalar əhaliyə seçim imkanı verirmi?

Demək olar ki, bütün metro stansiyalarının çıxışında azı bir bayram çadırı qurulub. Bu çadırlarda təkcə kənd təsərrüfatı malları deyil, müxtəlif bayram aksessuarları, qab-qacaq, yumşaq oyuncaqlar da satılır.

Ən çox bayram çadırı Nərimanov metrostansiyası ətrafında quraşdırılıb. Biz də ilk olaraq yolumuzu bu yarmarkalardan saldıq.

Artıq bayrama bir neçə gün qalsa da, burada Novruz ab-havası, demək olar ki, az hiss olunur. Elə satıcılar da bizimlə həmfirkirdir. Onlar bu il alıcı qıtlığından şikayətlənir. Şikayətlərini dinlədikdən sonra satdıqları məhsulların qiyməti ilə maraqlanırıq. Bəziləri danışmaqdan imtina edir. Çünki gün ərzində məhsul satmaqdan çox qiymət sadaladıqlarını deyirlər. Amma çətinliklə də olsa onları danışdıra bilirik. Öyrənirik ki, yarmarkada bayramın əsas atributu olan səmənilərin qiyməti 3 manatdan başlayır, buta formasındakı qablarda və bəzəkli səmənilərin qiyməti isə 25 manatdır. Qız qalası və digər milli təsvirlərin əks olunduğu akssesuarların qiymətləri 5 manatdan başlayır. Bayram günü yumurta və süfrə bəzəmək üçün istifadə edə biləcəyiniz bəzək əşyalarının qiyməti 4-5 manatdan başlayır. Bu il bəzəkli xonçalar dəbdədir. İçi bəzəkli xonçalar 30-35 manata başa gəlir, bəzəksiz xonçalar 20 manatdır. Səməni formasında şam 1.50 manat, digər rəngli şamlar 40 qəpikdən 1 manata qədərdir.

Ərzaq məhsullarının qiyməti belə idi - qoz ləpəsi 15 manat, fındıq ləpəsi 13 manat, qabıqlı qoz-fındıq 5 manat, badam 20 manat, kişmiş 6-8 manat, qara kişmiş 8 manatdan başlayır, meyvə quruları 7, noğul 3-4 manat, hind qozu 28 manat, xurma 5 manat. Bəzəksiz səməni 1-2, bəzəklilər isə 8 manatdan başlayır, araxis 4 manat, iydə, innab 6 manat idi.