Bank Respublika Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib (FOTO)


Digərləri 19 Mar 2019 12:00:00 200 0

Bank Respublika Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib (FOTO)

Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika, bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib.

Bakı. Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika, bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib. Layihə çərçivəsində bankın əməkdaşları Zaqatala və Balakən şəhərində yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil edib. Bayram şənliyində uşaqlar Novruz bayramının əsas personajları olan Kosa və Keçəl ilə birlikdə mahnı oxuyub, şeir söyləyib, rəqs edib, doyunca əyləniblər.