Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi


Dünya 19 Mar 2019 11:26:00 173 0

Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi

Ermənistanın ombudsmanı Arman Tatoyan mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı İbrahimov Elvin Arif oğlu ilə görüşüb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, insident zamanı erməni hərbçilərin açdığı atəş nəticəsində ayağından yaralanan E.İbrahimov hazırda xəstəxanada müalicəsini davam etdirir. 

Görüşdə, həmçinin məsələ ilə bağlı araşdırmaları aparan müstəntiq, vəkil və tərcüməçi də iştirak edib. Görüş vaxtı E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib. 

A.Tatoyan qeyd edib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Ombudsman, həmçinin onun ailəsi ilə Ermənistan ərazisində təhlükəsiz görüşünün də təşkil edilməsinə hazır olduqlarını qeyd edib. 

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.


Xəbərə aid fotolar