İranda daşqınlar - 500 ailə evini tərk etdi


Digərləri 19 Mar 2019 11:16:39 155 0

İranda daşqınlar - 500 ailə evini tərk etdi

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib. M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib. Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.