İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər (FOTO)


Digərləri 19 Mar 2019 10:40:00 214 0

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər (FOTO)

İraqdan olan 4 orta məktəb şagirdi Qərbi Kaspi Universitetində olub. Azərbaycanda təhsil almaq istəyən məktəblilər universiteti gəzib, ayrı-ayrı fakültələrdə, laboratoriya və mərkəzlərdə olublar.

Bakı. İraqdan olan 4 orta məktəb şagirdi Qərbi Kaspi Universitetində olub. Azərbaycanda təhsil almaq istəyən məktəblilər universiteti gəzib, ayrı-ayrı fakültələrdə, laboratoriya və mərkəzlərdə olublar. Trend-in məlumatına görə, şagirdlərə Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib. Son iki il ərzində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlər, Texnoparkda qurulmuş şərait və tələbələr, eləcə də məktəblilərin iştirakı ilə həyata keçirilən innovativ layihələr iraqlı şagirdlərin marağına səbəb olub.