Bu gün ilaxır – Torpaq çərşənbəsidir


Digərləri 19 Mar 2019 00:01:00 207 0

Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunur.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycanda Novruz bayramı öncəsi ilaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunur. Trend-in məlumatına görə, torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var. Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar.