Süni mal əti yeyəcəyimiz gün yaxındadır Laboratoriya əti necə istehsal olunacaq?


Digərləri 18 Mar 2019 23:12:00 275 0

Süni mal əti yeyəcəyimiz gün yaxındadır  Laboratoriya əti necə istehsal olunacaq?

Süni ət barədə söhbətlər uzun müddətdir gəzir. Əvvəllər buna fantastika, cəfəngiyyat kimi baxsalar da, artıq süni ət istehsalına başlanılıb və yaxın illərdə satışına başlanılacaq.

Bəs süni ət ideyası niyə yaranıb, kimə lazımdır. Yer üzünün sakinlərinin canlı mal-qara olduğu halda, süni ətə ehtiyacı varmı? Süni ət təbii ət kimi faydalıdırmı?

Son.az medicina.az-a istinadən bildirir ki, ilk dəfə laboratoriyada süni ət yetişdirilməsi patentini Nİderland alimləri əldə edib.

Belə bir ideya bir neçə səbəbdən yaranıb.

-Hazırda kənd təsərrüfatında iri buynuzlu mal-qaranın  saxlanması atmosfer və ətraf mühiti çirkləndirir, məhsuldarlığı artırmaq təbitə ziyandır. -Bir kq təmiz ətin alınması üçün 3 min litr su tələb olunur. Mal-qaranın yem və su təminatında maksimum qənaət  etmək mümkün deyil. Nəticədə ət çox baha başa gəlir. 

-Digər tərəfdən əksər ferma və fabriklərdə heyvanların qeyri-etik şəraitdə saxlanması, onların qorxu altında olması, ət kəsim şərtlərinin uyğun olmaması mal ətində stresdən olan mənfi dəyişiklikləri artırır və bu heyvanları əti insan orqanizmi üçün faydalı olmur. Çox insanlar da bu məqamlardan çəkinərək, iyrənərək ətdən imtina edir.

Laboratoriya əti dadlıdırmı?

Bu əti hazırlamaq üçün mütəxəssislər heyvandan əzələ hüceyrəsi götürür və onu laboratoriyada xüsusi metod və maddələrlə böyüdür.  Beləliklə az miqdar hüceyrədən daha çox ət alınır.