Türkün zəfər dastanı Çanaqqala savaşının 104cü ili


Dünya 18 Mar 2019 21:53:00 235 0

Türkün zəfər dastanı  Çanaqqala savaşının 104cü ili

Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 104 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinini ən şərəfli səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır. Canaqqala savaşının əsası 1914-ci ilin yayında bas verən 1-ci dünya müharibəsində qoyuldu.

Son.az ölkə.az-a istinadən bildirir ki, Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macaristan tərəfində Antantaya (İngiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilmişdi. Müharibənin başlamasından təxminən 3 ay sonra, 1914-cü il noyabrın 3-də səhər tezdən Ingiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil oldular. Onlar dərhal da Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başladılar. Ingilis hərb gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə səddlərini top yağışına tutmuşdular. Düşmənin atdığı top mərmilərindən biri on bir ton barıt saxlanan anbara düşdü və nəticədə ətraf yerlə yeksan oldu.

Dekabrın 2-də ingilis sualtı gəmisi boğaza daxil olaraq özündən 700 metr məsafədə dayanan "Məsudiyyə" hərbi gəmisini atəşə turaraq batırdı. Nəticədə 10 nəfərlik gəmi heyəti və gəmidə olan 24 nəfər əsgər şəhid oldu. Buna baxmayaraq düşmən boğazı ələ keçirə bilmədi. Həmin dövrdə admiral Carden Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli bir plan hazırlamışdı. Bu planın birinci hissəsi uğurla nəticələnmədi. Belə ki, ilkin mərhələdə noyabrın 3-də (1914) 7 hərb gəmisi ilə boğaza daxil olan ingilislərin məqsədi sahildəki istehkamları tamamilə dağıtmaq və sonraki mərhələdə boğazı ələ keçirmək idi. Lakin o buna nail ola bilmədi. Fevralın 19-da Carden boğazı ələ keçirmək üçün ikinci mərhələnin döyüşlərinə başladı.

Fevralın 25-nə kimi davam edən döyüşlərdə düşmən uzaqmənzilli toplardan atəs açaraq sahildə müdafiə mövqeyi tutan Osmanlı əsgərlərinə böyük itki verdi. Boğaz sahilindəki birinci müdafiə mövqeləri demək olar ki, tamamilə məhv edildi. Fevralın 26-da düşmən donanması boğaza daxil oldu və 8 saat ərzində sahili aramsız olaraq top atəşinə tutdu. Amma düşmən gəmiləri güclü müqavimətə rast gələrək dənizdə irəlilyə bilmirdilər. Bunu görən Ingiltərə hərbi dəniz qüvvələri komandanlığı Cardeni vəzifəsindən azad edərək onun yerinə Robecki təyin etdi. Martin 17-də öz vəzifəsinin icrasına başlayan Robeck dərhal gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlanması barədə əmr verdi.

Zəfər savaşı

Türk ordusu da düşmənə qarşı həlledici döyüşə hazırlaşırdı. 17 martdan 18 marta keçən gecə minbaşı Nəzmi bəy "Nüsrət" minadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina düzdü. Beləliklə, döyüş ərəfəsi boğaz sahili düzülən minaların sayı 400-ə çatdı. 18 mart səhər saat 10-da düşmən18 savaş gəmisi ilə döyüşə atıldı. Əvvəlcə "Queen Elizabeth"və "Inflexible" zirehli gəmisi və "Lord Nelson" və "AGEMENON" savaş gəmiləri döyüşə başladılar. Fransiz hərbi gəmiləri də döyüşün ön sıralarında yer almışdılar. Ilk atəş düşmənin "TRIUMPH" zirehli gəmisindən açıldı. Beləlklə, dünyanın ən böyük dəniz savaşlarından biri başladı. Düşmən gəmiləri əvvəlcə Rumeli Məcidiyyəni şiddətli atəşə tutdular. Sonra onlar Hamidiyyə istehkamlarına yönəldilər. Bunu görən Dardanos batareyaları düşmənə atəş açaraq diqqəti özlərinə cəlb etdilər. Düşmən bu dəfə Dardanos üzərinə atəş açmağa başladı. Bu dəfə Məsudiyyə istehkamı müdafiəçiləri Dardanosun yardımına gəldilər. Şiddətli müqavimətlə qarşılaşan düşmən gəmiləri göz aça bilmirdilər.

Bu ağır savaşın ilk bir saatı olduqca dəhşətli keçdi. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar oldu. Türk topçuların açdığı atəş düşmənin "AGAMENON" gəmisinin gövdəsini parçalamis, "INFLEXIBLE" gəmisinin komanda punktunu dağıtmışdı. Buna baxmayaraq düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdilər. Döyüşün arzu edilən səviyyədə getmədiyini görən Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq ingilislərin daha bir neçə gəmisini boğaza yeritdi. Buna baxmayaraq düşmən istəyinə nail ola bilmədi.Türk topçuların açdığı atəş nəticəsində zədələnən Fransanın "GAULOIS" zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən "BOUVET" gəmisi də döyüş meydanını tərk etmək istəyərəkən mina ilə toqquşaraq partladı. Nəticədə gəmidə olan 639 hərbçi sulara qərq oldu.


Xəbərə aid fotolar