Birləşmiş Ərəb Əmirliklərinin sakinləri səmada qeyriadi atmosfer hadisəsini müşahidə ediblər


Digərləri 18 Mar 2019 21:58:00 229 0

Birləşmiş Ərəb Əmirliklərinin sakinləri səmada qeyriadi atmosfer hadisəsini müşahidə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinin səmasında meteorologiyada "yırtıq bulud" kimi tanınan qeyri-adi atmosfer hadisəsi müşahidə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görünüşünə görə uçan naməlum obyekti xatırladan buludun şəkli sosial şəbəkələrdə ajiotaj yaradıb. Meteoroloq-alimlər izah ediblər ki, bu, anomal hadisə deyil, səma törəmələrinin xüsusi formasıdır. Sıx toplanmış buludların sahəsində bəzən dairəvi və yaxud ovalşəkilli kənarları düz işıq şüaları əmələ gəlir.