Özbəkistanda 91 yaşlı qadın ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb


Digərləri 18 Mar 2019 21:21:00 243 0

Özbəkistanda 91 yaşlı qadın ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb

Özbəkistanın Qaşqadərya vilayətinin ucqar Kerayet dağ kəndində 91 yaşlı Racab Raxmatova ilk dəfə doğum haqqında şəhadətnamə və pasport alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əhalinin problemlərini yerlərdə öyrənən Mərkəzin əməkdaşları bu kənddə olarkən müəyyən ediblər ki, Racab Raxmatovanın şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bununla belə qadın anasının dediyinə əsaslanaraq 1928-ci ildə doğulduğunu xatırlayır. Mərkəzin əməkdaşları bu rəqəmi əsas götürərək Racab Raxmatovaya doğum haqqında şəhadətnamə və bunun əsasında isə pasport verib.