Görkəmli xanəndə Xan Şuşinskinin vəfatından 40 il ötür


Digərləri 18 Mar 2019 21:29:00 74 0

Görkəmli xanəndə Xan Şuşinskinin vəfatından 40 il ötür

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkarlardandır.

Bu xəbəri də oxu: 22 ildən sonra boşandılar

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli xanəndənin vəfatından 40 il ötür.

Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb.

"Xan" ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında "Kürdü Şahnaz"ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: "Bəlkə sən də bizim üçün "Kürdü Şahnaz"ı oxuyasan?" - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. "Kürdü Şahnaz"ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə "Əsl xan elə bu imiş ki!" - deyir. Vəcdə gələn İslam Abdullayev isə "Bu gündən sənin adın oldu Xan Şuşinski", - deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi əslində Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xərçəngin bir nömrəli səbəbləri açıqlandı: 2 il öncə xəbər tutsanız... like
  • 18 Mar 21:25  
Digərləri Xərçəngin bir nömrəli səbəbləri açıqlandı: 2 il öncə xəbər tutsanız...

Siqaret, qida əlavəsi, yanlış qidalanma, hərəkətsiz həyat, radiasiya, ha

arrow Ətraflı
Gülbən Ərgən 12 milyon dollara qatil tutub? like
  • 18 Mar 21:17  
Digərləri Gülbən Ərgən 12 milyon dollara qatil tutub?

Müge Anlının verilişində qonaq olan Murad Günəş işlədiyi bir cinayət

arrow Ətraflı
Dünyanın ən yaxşı 5 hava limanı like
  • 18 Mar 21:11  
Digərləri Dünyanın ən yaxşı 5 hava limanı

Dünyanın ən yaxşı 5 hava limanı müəyyənləşib.

arrow Ətraflı
Özbəkistanda sumalak bişirmək üçün nəhəng qazan hazırlanıb like
  • 18 Mar 21:08  
Digərləri Özbəkistanda sumalak bişirmək üçün nəhəng qazan hazırlanıb

Özbəkistanın Almalık şəhərindəki Dağ-Mədən Kombinatında sumalak (sə

arrow Ətraflı
Ölənlərin sayı minə çata bilər  Mozambik prezidentindən like
  • 18 Mar 21:05  
Dünya Ölənlərin sayı minə çata bilər Mozambik prezidentindən

Zimbabve və Mozambik sərhədindəki bölgədə təsirli olan "İdai"

arrow Ətraflı
Dünyada məşhur olan müğənni İstanbula gəldi, like
  • 18 Mar 20:59  
Digərləri Dünyada məşhur olan müğənni İstanbula gəldi,

Maykl Cekson və Uitni Hyuston kimi bir çox məşhurun bekvokalçısı olan ame

arrow Ətraflı
Babayandan Qarabağla bağlı inanılmaz like
  • 18 Mar 20:54  
Dünya Babayandan Qarabağla bağlı inanılmaz

Qarabağ konfliktinin həllində Madrid prinsiplərindən imtina etmək lazımd

arrow Ətraflı
"Testene Art Baku" III Beynəlxalq İncəsənət müsabiqəsinin qala konserti keçirilib like
  • 18 Mar 20:52  
Digərləri "Testene Art Baku" III Beynəlxalq İncəsənət müsabiqəsinin qala konserti keçirilib

R.Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq

arrow Ətraflı
Hadiseni ələ saldılar: "Boyasız binaya bənzəyir" like
  • 18 Mar 20:49  
Digərləri Hadiseni ələ saldılar: "Boyasız binaya bənzəyir"

Türkiyəli müğənni Hadise makiyajsız fotosunu yayımlayıb.

arrow Ətraflı
ADU-nun rektoru Macarıstan səfiri ilə görüşüb like
  • 18 Mar 20:39  
Digərləri ADU-nun rektoru Macarıstan səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macar

arrow Ətraflı
Babam yaşındakı kişinin qucağında... like
  • 18 Mar 20:39  
Dünya Babam yaşındakı kişinin qucağında...

Türkiyə Silahlı Qüvvələrinin Cudi dağında həyata keçirdiyi əməliyyat

arrow Ətraflı