Özbəkistanda sumalak bişirmək üçün nəhəng qazan hazırlanıb


Digərləri 18 Mar 2019 21:08:00 199 0

Özbəkistanda sumalak bişirmək üçün nəhəng qazan hazırlanıb

Özbəkistanın Almalık şəhərindəki Dağ-Mədən Kombinatında sumalak (səməni) bişirmək üçün 7 ton ağırlığında nəhəng qazan hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qazanda Novruz bayramı günlərində Fərqanə şəhərində keçiriləcək "Turizm və adət-ənənələr" festivalında tədbir iştirakçılarına və qonaqlara sumalak bişiriləcək.

Hazırlanan qazanın diametri 3,8 metr, tutumu 7 min litr, çəkisi 4600 kiloqram, dərinliyi 1,5 metrdir. Qazanın odun yandırmaq üçün altlığı isə 3,6 tondur.