BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək (FOTO)


Digərləri 18 Mar 2019 21:04:00 213 0

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək (FOTO)

Şəbəkə 12 ölkənin yüzdən çox universitetini birləşdirir.

Bakı. VII Qlobal Bakı Forumunda iştirak edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut Bakı Dövlət Universitetində (BDU) olublar. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparmağa imkan yaratdığını diqqətə çatdırıb. Görüşdə Qara Dəniz Universitetləri Şəbəkəsi ilə mövcud əlaqələr, universitetin 100 illik yubileyinin bu təşkilatda qeyd edilməsi, qurumun üzvü olan universitetlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, ikili diplom, beynəlxalq akkreditasiya məsələləri müzakirə edilib.