Dünyada məşhur olan müğənni İstanbula gəldi,


Digərləri 18 Mar 2019 20:59:00 230 0

Dünyada məşhur olan müğənni İstanbula gəldi,

Maykl Cekson və Uitni Hyuston kimi bir çox məşhurun bekvokalçısı olan amerikalı sənətçi Della Mayls Türkiyəyə səfər edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, müğənni bu səfəri zamanı İslam dinini qəbul edərək müsəlman olub. 

Türkiyə və türk insanına heyranlığından hər zaman danışan sənətçi Sultan Ahmet məscidinə və minarəsinə tamaşa edib. Mayls evinə asmaq üçün bir Türkiyə bayrağı da alıb. Baş verənləri sosial şəbəkədə paylaşan Della "Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abdühü ve resulühü" kəlmeyi-şəhadətini gətirərək müsəlman olub.


Xəbərə aid fotolar