"Testene Art Baku" III Beynəlxalq İncəsənət müsabiqəsinin qala konserti keçirilib


Digərləri 18 Mar 2019 20:52:50 209 0

"Testene Art Baku" III Beynəlxalq İncəsənət müsabiqəsinin qala konserti keçirilib

R.Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və qala konserti keçirilib.

Bakı. R.Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və qala konserti keçirilib. Təşkilatçılardan Trend-ə verilən məlumata görə, festival - müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib. Münsiflər heyəti çıxış edərək qalibləri təbrik edib.Sonra qaliblərə kubok, diplom və medallar təqdim olunub. Hər yaş qrupu üzrə ayrı-ayrılıqda I ,II, III yerlər müəyyən edilib. Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Hacılı Nəcəf ( 17-19yaş qrupu) layiq görülüb və İtaliyada keçiriləcək "Pokaji sebya miru" festival - müsabiqəsinə vəsiqə qazanıb.