“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır
Digərləri 18 Mar 2019 18:48:51 195 0
Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.
Bakı.
Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.
Şirkətdən Trend-ə verilən məlumata görə, ilk mərhələdə - 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək.
1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq.
Mənbə: az.trend.az