Cavid Qurbanov Vyanada "Beynəlxalq dəmir yolu konqresi 2019”da iştirak edir (FOTO)


Digərləri 18 Mar 2019 18:33:00 245 0

Cavid Qurbanov Vyanada "Beynəlxalq dəmir yolu konqresi 2019”da iştirak edir (FOTO)

Konfrans beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunur.

Bakı. Avstriyanın paytaxtı Vyanada keçirilən “Beynəlxalq Dəmir Yolu Konqresi 2019” Avrasiya marşrutunun mövcud nəqliyyat dəhlizləri çərçivəsində rəqəmsal texnologiyalardan və tranzit potensialından istifadə edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konqresdə “Bir kəmər, bir yol: Beynəlxalq əməkdaşlığın inkişafı”, “İnvestisiyaların cəlb edilməsi yolu: Nəqliyyat layihə infrastrukturunun maliyyələşdirilməsinin qlobal transformasiyası”, “Rəqəmsal dəmir yolları və ağıllı infrastruktur: rəqəmsallaşdırma, standartlaşdırma və miqyaslama”, “Nəqliyyat infrastrukturunun inkişafında sinerji və miqyas effekti”, “Sərhədləri aşaraq: beynəlxalq əməkdaşlıq, standartlaşdırma və miqyaslama”, “Çeviklik və gələcəyin logistika mərkəzləri” sessiyaları çərçivəsində gömrük maneələrinin azaldılması yolları, həmçinin Avropa və Asiya arasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hüquqi və texniki qaydaların uyğunlaşdırılması məsələləri müzakirə edilir. Forumda Rusiya Federasiyasının nəqliyyat naziri Yevgeni Ditrix, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov, Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski, “Avstriya Federal Dəmir Yolları”nın baş direktoru Andreas Matte, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov, İsveçrə Dəmir Yollarının baş direktoru Andreas Meyer, Slovakiya Dəmir Yollarının baş direktoru Yuray Tkaç, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarının və beynəlxalq bank sektorlarının rəhbərləri iştirak edirlər.