Daşkəsən və Göygöldə qar ehtiyatı ötən ilə nisbətən çox olub


Digərləri 18 Mar 2019 18:24:00 243 0

Daşkəsən və Göygöldə qar ehtiyatı ötən ilə nisbətən çox olub

"Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib.

Ə.Əsgərov deyib ki, hər il yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə mart ayında Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır. Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb.

Ekpedisiya qrupunun rəhbəri Asif Verdiyev bildirib ki, qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580-2920 m və 1000-3000 m yüksəklikləri əhatə edib. Qarölçmə işləri zamanı çay hövzələrində xüsusi marşrutlar üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunub.