Bakıda binadan zibil atdı, maşını bu hala saldı


Digərləri 18 Mar 2019 18:14:00 229 0

Bakıda binadan zibil atdı, maşını bu hala saldı

Bakıda hündürmərtəbəli binadan atılan zibil bir maşına ciddi zərər vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov 36 ünvanında yerləşən yaşayış binasının qarşısına baş verib. Bina sakini Naib Tegin "Wolksvagen Passat" markalı avtomobilini martın 17-i saat 20 radələrində parkinq yerində saxlayıb. 

Bu gün səhər saat 07:30 radələrində maşına yaxınlaşdıqda isə ön hissənin üzərində içində konserv qabı və butulka olan zibil paketi tapıb. Həmin zibilin neçənci mərtəbədən, kim tərəfindən atıldığı bilinməsə də nəticədə avtomobilin ön şüşəsi sınaraq yararsız hala düşüb.


Xəbərə aid fotolar