Gömrükçülər 306 kqdan artıq heroin aşkar edib


Digərləri 18 Mar 2019 18:17:00 209 0

Gömrükçülər 306 kqdan artıq heroin aşkar edib

Gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə - heroin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasının (İİR) "Nader Morvarıd Astara" şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan" şirkətinə göndərilən "daş bloklar" yükü daşıyan "SCANIA" markalı "43A457-10/43A458-10", "VOLVO" markalı 75A237-10/75A238-10, "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.

Yoxlama zaman "SCANIA" markalı 43A457-10/43A458-10 və "VOLVO" markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan "Daş bloklar" yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib.

İİR vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA" markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.

Bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib. Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttindəolan "şlaqbaumu" sındıraraq Azərbaycan Respublikasının ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.


Xəbərə aid fotolar