Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub


Digərləri 18 Mar 2019 17:28:25 326 0

Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub

Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.

Bakı. “Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub. Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, yubiley qol Premyer Liqanın XXI turunun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran braziliyalı “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında 40-a çatıb.