Serbiyada prezidentin istefası istənilir


Dünya 18 Mar 2019 15:17:00 196 0

Serbiyada prezidentin istefası istənilir

Serbiyada prezident Aleksandr Vuçiçin siyasətindən narazı olan aksiya iştirakçıları Serbiya Teleradiosunun (RTS) binasını yumurta atəşinə tutublar, divarlara vərəqələr yapışdırıblar, sonra isə telemərkəzin binasına soxularaq birbaşa efir tələb ediblər.

Son.az European-a istinadən bildirir ki, iğtişaşlara səbəb müxalifət liderləri Boşko Obradoviçlə Draqan Cilasın siyasi teleşouya buraxılmaması idi.

Binanı ələ keçirən nümayişçilər sonra dama çıxıblar. Onlar avadanlığın bir hissəsini sıradan çıxarıblar. Polis nümayişçiləri binadan çıxarandan 4 saat sonra RTS-in yayımı bərpa olunub.

"Telekanal redaksiya siyasətində müstəqildir. Lakin aksiya iştirakçıları gündəmi özbaşına müəyyənləşdirmək fikrinə düşərək aksiyalarını legitimlikdən məhrum ediblər", - RTS-in rəzbəri Draqan Buyoşeviç deyib.

Dünən Vuçiç RTS-dəki situasiya ilə bağlı mətbuat konfransı keçirib.