Aşıq Ulduz iş adamı olan kürəkəninin sərvətindən danışdı: "Bakıda, İstanbulda evi..."


Şou-biznes 18 Mar 2019 15:08:00 297 0

Aşıq Ulduz iş adamı olan kürəkəninin sərvətindən danışdı: "Bakıda, İstanbulda evi..."

Aşıq Ulduz Sönməz bir neçə gün öncə xınayaxdısı olan qızı Sədaqət Ulduzdan və iş adamı olan gələcək kürəkənindən danışıb.

Son.az lent.az-a istinadla xəbər verir ki, aşıq bildirib ki, kürəkəninin Bakıda və İstanbulda evi var:

"Kürəkənim çox yaxşı insandır. Fotosunun mediada yer almasını istəmir. Onun həm Bakıda, həm də İstanbulda evi var. İstərdim ki, kürəkənim ailəcanlı olsun. İlk öncə onun insanlığını qiymətləndirmək lazımdır. Qızımın ailəsində səmimiyyətin olmasını istərdim. Dünyada ondan gözəl nə ola bilər? Dünyanın varı-dövləti səmimiyyətdir. Çörəyi, var-dövləti, övladları da bizə verən Allahdır. Qızımın, sadəcə, xoşbəxt olmasını arzu edirəm".