Bu gün Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13cü iclası keçirilir FOTO


Digərləri 18 Mar 2019 13:33:00 228 0

Bu gün Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13cü iclası keçirilir  FOTO

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini Azərbaycanın bundan sonra da dəstəkləməyə hazır olduğunu deyib.