Kolumbiya Universitetinin professoru “ADA” Universitetinin fəxri doktoru oldu (FOTO)


Digərləri 18 Mar 2019 13:00:05 206 0

Kolumbiya Universitetinin professoru “ADA” Universitetinin fəxri doktoru oldu (FOTO)

Dünyada tanınmış iqtisadçı, maarifçi və dayanıqlı inkişaf prosesinin qlobal liderlərindən biri, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks “ADA” Universitetinin fəxri doktoru seçilib.

Bakı. Dünyada tanınmış iqtisadçı, maarifçi və dayanıqlı inkişaf prosesinin qlobal liderlərindən biri, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks “ADA” Universitetinin fəxri doktoru seçilib. Universitetdən Trend-ə verilən məlumata görə, rektor Hafiz Paşayev elmi şuranın qərarına əsasən ictimai siyasət və iqtisadiyyat elminə əhəmiyyətli töhfələrinə görə fəxri doktor diplomu və Universitetin xatirə medalını qonağa təqdim edib. Rektor amerikalı alimlə ABŞ-da Azərbaycanın səfiri qismində görüşlərini, o cümlədən 2004-cü ildə professor Saksın moderatorluğu ilə Kolumbiya Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin yerli ictimaiyyətin böyük marağını cəlb edən çıxışını xatırladıb.