Kür çayı üzərindəki körpü təmirbərpadan sonra istifadəyə verildi FOTO


Digərləri 18 Mar 2019 12:43:00 204 0

Kür çayı üzərindəki körpü təmirbərpadan sonra istifadəyə verildi  FOTO

http://www.aayda.gov.az/az/news/1848

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol infrastrukturu layihələri icra olunur, vətəndaşların rahat gediş gəlişinin təmin olunması üçün avtomobil yoları yenidən qurulur, qəzalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilirərək əhalinin istifadəsinə verilir. Təbii ki, bu işlər ölkənin iqtisadi qüdrətinin bir göstəricisidir.

Son.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə  bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Məlumat verilib ki, 3 aşırımlı  körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu  isə 500 metr təşkil edir.

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən  istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.

Geniş təmir işlərinin bir hissəsi olaraq  hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılmışdır. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilmişdi.