İsrail əsgəri öldürüldü,


Dünya 18 Mar 2019 12:02:00 198 0

İsrail əsgəri öldürüldü,

Həmin maşınla avtobus dayanacağından keçən terrorçu orada gözləyən insanları atəşə tutub

İordan çayının Qərb sahilində yerləşən Ariel yaşayış məntəqəsində bıçaqlı şəxs İsrail hərbçisinə hücum çəkib, onun silahını ələ keçirib və yoldan keçən mülki şəxsin avtomobilini qaçırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, həmin maşınla avtobus dayanacağından keçən terrorçu orada gözləyən insanları atəşə tutub.

Rəsmi rəqəmlərə görə, hadisə nəticəsində bir hərbçi həlak olub, yaralı iki mülki şəxs (israilli) ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Terrorçunun istifadə etdiyi avtomobili bir müddət sonra Ariel qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən Barkan yaşayış məntəqəsində aşkarlayıblar. Hazırda Barkanda hücumu həyata keçirmiş şəxsin axtarışı həyata keçirilir.


Xəbərə aid fotolar