Bakıda güclü külək ağacı kökündən çıxararaq maşınların üstünə atdı FOTO


Digərləri 18 Mar 2019 10:40:00 243 0

Bakıda güclü külək ağacı kökündən çıxararaq maşınların üstünə atdı  FOTO

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib. Ağac "Prado" və "BMW" markalı avomobillərin üzərinə aşaraq onların damını zədələyib. Hazırda şöbənin əməkdaşları hadisə yerindədirlər.

O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib.

Xatırladaq ki, hazırda Bakı və Abşeron yarımadasında güclü külək əsir.


Xəbərə aid fotolar