Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir


Dünya 18 Mar 2019 10:22:00 243 0

Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir

Yeni Zelandiyanın Nazirlər Kabineti ölkədə silah dövriyyəsinin nizamlanmasını nəzərdə tutan qanunvericiliyə yenidən baxılması barədə qərar qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bəyan edib.

O bildirib ki, qərar qanunun sərtləşdirilməsi ilə bağlıdır: "Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub, 10 gündən sonra dərc ediləcək".