Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin iclası start götürür


Digərləri 18 Mar 2019 09:13:00 211 0

Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin iclası start götürür

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycanın energetiika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEC prezidenti Manuel Kevedo Fernandes və OPEC-in Baş Katibi Məhəmməd Barkindonin salamlama nitqləri nəzərdə tutulub.

Sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinləniləcək.