Çin prezidenti İtaliya, Fransa və Monakoya səfər edəcək


Dünya 18 Mar 2019 08:59:00 220 0

Çin prezidenti İtaliya, Fransa və Monakoya səfər edəcək

Çin prezidenti Si Cinpin martın 21-26-da İtaliya, Fransa və Monakoya rəsmi səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çinin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

O qeyd edib ki, Cinpin İtaliya prezidenti Serco Mattarella, Fransa prezidenti Emmanuel Makron və Monako knyazı II Alber tərəfindən bu üç ölkəyə səfər etmək dəvəti alıb.