“Kurtlar vadisi”nin aktyoru boşandı


Digərləri 17 Mar 2019 23:49:00 222 0

“Kurtlar vadisi”nin aktyoru boşandı

"Kurtlar Vadisi", "Ruhsar", "Ağır Roman" kimi filmlərdə rol alan aktyor Levent Erim həyat yoldaşı Ayşe Fezadan boşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ikili yolda gedə bilmədikləri üçün ayrılıb. Aktyor açıqlamasında xanımı ilə bir-birindən təzminat tələb etmədiklərini deyib. Xəbərə görə, Leventin vəkili ərizədə bu sözləri yazıb:

"Tərəflərin evliliyi davam etdirəcək səbəbi qalmayıb. Yolda gedə bilmədikləri üçün boşanmaq zəruri hala gəlib".