“And olsun Kəbənin Rəbbinə ki, nicat tapdım!”


Digərləri 17 Mar 2019 21:45:00 211 0

“And olsun Kəbənin Rəbbinə ki, nicat tapdım!”

Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli (ə) Ibn Mülcəm (l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə İmam Əlini (ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında təyin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini (ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm (l) boynuna götürdü.   Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: "Əgər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və Əlinin qanıdır." Əli (ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də Əlini (ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız Əlini öldürmək üçün gəlmişəm.   Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə Əli (ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.   O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: "Ilahi, ölümü mənə mübarək et!" İmam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. "And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin vədə verilmiş gecədir."   Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər İmamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də İmamın ölməyini istəmirdilər. İmam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da İmamın məscidə getməsini istəmirdi. Nəhayət, İmam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli (ə) onu yuxudan oyadıb buyurdu: "Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar." Sonra İmam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. İmam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. İmam Əli (ə) buyurdu: "And olsun Kəbənin Rəbbinə, nicat tapdım!" Məscidin mehrabı al qana boyandı.   Həzrət Əli (ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin (ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər.   Son.az maide.az-a istinadən bildirir ki, bəlkə də Qədr gecəsi ilə həzrət Əlinin (ə) şəhadəti bir-birinə aid olan məsələlərdir. Yəni Allah-təala insanlardan istəmişdir ki, Qədr gecəsində İmam Əlinin vilayəti ilə ünsiyyət tapsınlar. Və bu gecə Allaha dua edərkən Ona Əlinin (ə) adına and verib öz istəklərini diləsinlər. Allah-təala İmam Əlinin (ə) çox sevir və biz dua edərkən Allaha Əlinin (ə) adına and verib öz istəklərimizi diləsək, Allah-təala o Həzrətin hörmət və fəziləti xatirinə bizi bağışlayıb qəbul edər. Qeyd etmək lazımdır ki, yalnız biz yox, bəlkə bizdən əvvəlki ümmətlər və Islam Peyğəmbərindən (s) əvvəlki peyğəmbərlər belə həzrət Əlinin (ə) Allah yanında hörmət və fəzilətli bir şəxs olduğunu dərk etmişlər. Yer üzündə birinci yaranan insan Adəm (ə) olmuşdur. Biz də onun övladlarıyıq. Allah-təala Adəm (ə) peyğəmbəri yaratdıqdan sonra onu cənnətdə məskunlaşdırdı və onun bütün nemətlərindən istifadə etməsinə icazə verdi. Lakin ona buğdadan yeməyi qadağan etdi. Şeytan hiylə işlədib Adəmi (ə) yoldan çıxartdı və Adəm Allahın ona qadağan etdiyi bu nemətdən yedi. Allah-təalanın onun bu hərəkətindən xoşu gəlmədi və cəzalandırmaq üçün yer üzünə göndərdi. Adəmin (ə) Cənnətdən qovulub yer üzünə gəlməsinə "Hübut" hadisəsi deyilir.   Hübut hadisəsindən sonra Adəm (ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. Allahın mələyi həzrət Cəbrail (ə) onun yanına gəlib dedi: "Ey Adəm! Istəyirsənmi Allah sənin tövbəni qəbul etsin?" Adəm dedi: "Bəli." Həzrət Cəbrail (ə) dedi: "Elə isə göyə bax!" Adəm (ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə). Cəbrayıldan (ə) soruşdu: "Bunlar kimlərdir?" Cəbrail (ə) dedi: "Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər".   Adəmin (ə) bu adlar vasitəsilə tövbə etməsini Allah-təala Bəqərə surəsində belə buyurur:   "Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir." ( Bəqərə, 37.)   Bu ayə barədə olan bir çox hədislərdə qeyd olunmuşdur ki, Allah-təalanın Adəmə (ə) öyrətdiyi o kəlmələr bu beş nəfərin adı idi: Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə). Adəm (ə) bu b