“NATO həftəsi” keçirən ermənistanda müharibə qorxusu


Digərləri 17 Mar 2019 20:35:00 212 0

“NATO həftəsi” keçirən ermənistanda müharibə qorxusu

Ermənistanda start götürən NATO həftəsi çərçivəsində İrəvanda keçirilən mətbuat konfransında təşkilatın Baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, Şimali Atlantika alyansı Qafqaz regionunda sülhün olmasında maraqlıdır və NATO bütün tərəflərə bildirir ki, Dağlıq Qarabağ  (mətndə Artsax kimi göstərilib - tərc.) probleminin hərbi həlli yoxdur.

NATO Baş katibinin xüsusi nümayəndəsinin bu bəyənatı Ermənistandakı NATO həftəsinə paralel olaraq beynəlxalq birliyə lazımi xəbərdarlıq etmədən irimiqyaslı hərbi təlim keçirən Azərbaycana faktiki xəbərdarlıqdır.

Son.az strateq.az-a istinadən bildirir ki, NATO-nun Qafqaz regionunda sülh və sabitliyə marağı, şübhəsiz, humanist və sülhpərvər ideyalarla şərtlənmir. "Yalnız humanist və sülhpərvər ideyalarla deyil, tamamilə siyasi rasional səbəblərlə şərtlənir" demək daha düzgün olardı.

Qafqazın əslində yalnız Yaxın Şərq olmaması, yaxında yerləşməsi - Avro-Atlantik məkana həmsərhəd olması, öz siyasi mahiyyətinə görə de-fakto bu məkanın bir hissəsi olması da nəzərə alınarsa, regionda sülhün təhdid olunması bütün təhlükəsizlik sisteminin pozulmasına gətirib çıxaracaq.

Qafqazda müharibə Avropada müharibə, özü də birbaşa Türkiyə və Rusiyanın iştirak etdiyi müharibə deməkdir.