İmam Məhəmməd Təqinin şəhadəti


Digərləri 17 Mar 2019 20:15:00 486 0

İmam Məhəmməd Təqinin şəhadəti

Adı: Muhəmməd Ləqəbi: Təqi və Cavad Kunyəsi: Әbu Cəfər Atası: Həzrət imam Rza (ə) Təvəllüdü: Hicri 195-ci il İmamlıq müddəti: 17 il Ömrü: 25 il Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu. Məzarı: İraq şəhərlərindən biri olan Kazimeyn.   TӘVӘLLÜDÜ   Səkkizinci imamın şərəfli ömründən qırx ildən çox ötsə də hələ oğlan övladı olmamışdı. Səbri daralan şiələrin Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdilər. Sanki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən imamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdular. Həzrət (ə) isə onların cavablarında buyururdu: "Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır." Nəhayət 195-ci Hicri ilin Rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və həzrət imam Məhəmməd Təqi əleyhissalam Xəyzəran adlı anasından dünyaya gəldi. Xəyzəran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi ki, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətlər ilə tanınmışdır. Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar. Son.az maide.az-a istinadən bildirir ki, İmam Rza əleyhissalamın bacısı Həkimə belə deyir: "Həzrətin dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və islam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım. Qardaşım isə mənim cavabımda belə buyurdu: "Bacı, narahat olma hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan." Bu təvəllüd çox mübarək və ümidverici idi. Sanki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı. Bu barədə Növfəli belə demişdir: Həzrət Rza əleyhissalamdan Xorasan səfəri əsnasında "mənə görə bir əmriniz yoxdurmu?" - deyə soruşdum. Həzrət (ə) buyurdu: "Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan." İmam (ə) həmişə əshabına belə buyururdı: "Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olan bu balaca uşaqdan soruşun." Әshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: "Allah-taala həzrət İsanı Әbucəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur." Doqquzuncu imam həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq vəzifəsinə çatdı. İmamın səhabələrindən biri bu barədə belə deyir: "Mədinədə o həzrətin əmisi Әli ibni Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşurdular." Bir gün imam Məhəmməd Təqi əleyhissalam məscidə gəldi və qoca kişi olan Әli ibni Cəfər ayağa qalxıb imamın əlini öpdü və elə ayaqüstə də durdu. İmam (ə) buyurdu: "Әmi, əyləş". Әli ibni Cəfər isə belə dedi: Siz ayaqüstündə olduğunuz vaxt mən necə otura bilərəm? Daha sonra Әli ibni Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedilər: Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən? Әli ibni Cəfər dedi: Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini deyil, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tebe olmaqdır.   İMAMIN ӘXLAQI XÜSUSİYYӘTLӘRİ   Atası vəfat edən zaman imam hələ uşaq idi, lakin heç vaxt uşaqlara məxsus hərəkət etməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzrət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən həzrət (ə) narahat olub buyurdu: "Mən bunları neynirəm? Biz elm və fəzilət xanədanıyıq". Həzrət Rza əleyhissalamın şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdılar, bir uşaq da qıraqda dayanıb onların oyunlarına baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdilər. Lakin on bir yaşlı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb "Ay oğlan! Bəs sən niyə o biriləri kimi qaçmadın?" - deyə soruşduqda həmin oğlan belə buyurdu: "Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi." Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: Adın nədir? Cavab verdi: Məhəmməd. Soruşdu: Kimin oğlusan? Dedi: Әlinin oğlu. Məmun soruşdu: Sən həzrət Rzanın oğlu deyilsənmi? Cavab verdi: Bəli. Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.   HӘZRӘT RZANIN (Ə) OĞLUNA MӘKTUB   Bəzəndi deyir: "Bir gün həzrət Rza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: Övladım, eşitdiyimə görə qulluqçular icazə vermirlər ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsunlar. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. İndi isə sənə əmr edirəm ki, qapın hamının üzünə açıq olsun, qoy hamı gediş-gəlişdə sərbəst olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar. Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyəti ilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək etmək və yardım etməyi unutma.   İMAMIN QEYB ALӘMİ İLӘ OLAN ӘLAQӘSİ   İmam Rza əleyhissalamın şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdilər. Onlar yolüstü Mədinəyə gəlib imamın evinə də dəydilər. Hələ uşaqlıq dövrünü yaşyan imam (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar vəçox sevindilər. Onlardan Ishaq adlı birisi deyir:   Mən imamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı oluduğundan gedib sabah gəlmək istəyirdim ki, imamın gözü mənə sataşdı v