Berluskoninin eyşişrət məclislərini ifşa edən qadın radioaktiv zəhərlənmədən ölüb


Dünya 17 Mar 2019 17:42:00 247 0

Berluskoninin eyşişrət məclislərini ifşa edən qadın radioaktiv zəhərlənmədən ölüb

İtaliyanın Milan şəhərinin hüquq-mühafizə orqanları keçmiş baş nazir Silvio Berluskoninin villasındakı eyş-işrət məclisləri barədə şahidlik edən 34 yaşlı mərakeşli İman Fadilinin qəsdən öldürülməsi üzrə cinayəti araşdırırlar.

Son.az Musavat.com-a istinadən bildirir ki, qadın güclü qarın ağrıları ilə bu il yanvarın 29-da xəstəxanaya aparılıb və burada dəhşətli əzabla martın 1-də keçinib.

"La Stampa" qəzetinin yazdığına görə, qadının şübhəli ölümü ilə bağlı aparılan ekspertizanın nəticələri martın 6-da məlum olub. Qəzet tibbi ekspertizanın hesabatına istinad edərək, İman Fadilinin radioaktiv qarışıqlı maddənin təsirindən öldüyünün aşkarlandığını bildirir. Zəhərlənmə bütün daxili orqanların iflasına gətirib çıxarıb.

"La Reppublica" qəzeti isə Fadilinin bədənində kobalt radioaktiv izotopunun tapıldığını xəbər verib.

Bununla bağlı gedən yazıda zəhərin yalnız rus ekspertlərinin bildiyi tərzdə hazırlanan və tərkibində nadir tapılan qarışığın müəyyən olunduğu bildirilir. Lakin hələ ki, məsələdə Rusiyanın adını birbaşa çəkən yoxdur.

İtaliya mətbuatı isə indidən İman Fadilinin ölümünün Rusiya FTX-nin keçmiş zabiti, Londonda eyni üsulla öldürülən Aleksandr Litvinenko ilə müqayisəli təhlilini aparır.

"Ansa" agentliyi Fadilinin zəhərlənməzdən bir neçə gün qabaq yaxınlarına həyatı üçün təhlükə yarandığı barədə məlumat verdiyini bildirib.