FEDin qərarı manatın məzənnəsinə birbaşa təsir edəcəkmi?


Digərləri 17 Mar 2019 16:48:00 207 0

FEDin qərarı manatın məzənnəsinə birbaşa təsir edəcəkmi?

Gələn həftə - martın 19-20-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək.

Analitiklər hesab edir ki, FED-in bu iclasda uçot dərəcəsini qaldırması istisna hal deyil.

Son.az xəbər verir ki, məsələ haqqında Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə bağlı ABŞ-ın yenə ikili yanaşması var:

"Ağ Ev uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Hətta Amerika prezidenti özünün "Twitter" paylaşımlarında uçot dərəsəinin artırılması ilə bağlı FED-i ittiham edir. Dolların bahalaşması ABŞ-ın ixrac imkanlarına neqativ təsir etdiyinə görə, ölkə rəhbərliyi bunu istəmir. FED-in mövqeyi isə uçot dərəcəsinin artırılmasından yanadır. Əgər bununla bağlı qərar verilərsə, uçot dərəcəsində 0,25 faiz artı mümkündür. Məqsəd odur ki, bu addım atılarsa, bazarda şok yaranmasın. Yenə də FED-in qərarları son məqamda - yığıncağın keçirildiyi gün belə dəyişə bilir.

Bütün hallarda, FED-in qərarı nə olur-olsun, ABŞ dollarının bazardakı mövqeyini qoruyacağı güman olunur".