Əfv sərəncamı ilə 2 saylı cəzaçəkmə müəssisəsindən 31 məhbus azadlığa çıxdı (FOTO)


Digərləri 17 Mar 2019 10:21:00 221 0

Əfv sərəncamı ilə 2 saylı cəzaçəkmə müəssisəsindən 31 məhbus azadlığa çıxdı (FOTO)

2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb.

Bakı. Samir Əli - Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb. Trend-in məlumatına görə, sərəncam bu müəssisəsdə cəza çəkən 31 məhbusa şamil olunub. Bu müəssisədə əfv olunanlar arasında "Nida" hərəkatının üzvü Qiyas İbrahimov da var. Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.